1. Məlum Əsasnamə obyektlərin tikintisini həyata keçirən müəssisənin (təşkilatın)ştatına daxil olan rəhbər işçilərin,mütəxəssislərin,briqadir və fəhlələrin təhlükəsizlik texnikası üzrə vəzifə borclarını müəyyən edir. Müəssisənin (təşkilatın) işçilərinin təhlükəsizlik texnikası üzrə vəzifə borcları onların vəzifə təlimatlarında öz əksini tapmalıdır. Müəssisədə (təşkilatda) ayrı-ayrı işçilər olmadıqda,onların hazırkı əsasanamədə nəzərdə tutulmuş təhlükəsizlik texnikası üzrə vəzifə borclarını müəssisənin ştatında olan digər işçilər arasında bölüşdürülməlidir.